Bizi sosial şəbəkələrdən izləyin:
Cari ilin ilk 9 ayı ərzində bir sıra pozuntulara görə, xüsusilə də ayrıseçkiliyin təbliğinə yol verə biləcək yayımlara görə "Space TV", "Xəzər TV", "ARB" kanallarına, müstəsna yayım hüququnun pozulmasına görə “Space TV” kanalına rəsmi xəbərdarlıq verilib.
Moderator.az xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.
Bildirilib ki, bundan başqa, qeyd olunan müddət ərzində yenə də ayrı-seçkiliyin təbliğinə görə, "Kanal S" televiziya kanalının efirində proqramların yayımı 24 saatlıq müddətə (4 aprel 2025-ci il tarixdə), "Space TV" televiziya kanalının efirində proqramların yayımı isə 6 saatlıq müddətə (16 sentyabr 2025-ci il tarixdə) müvəqqəti dayandırılıb.
"Reklam qanunvericiliyinin pozulmasına görə "MTV" televiziya kanalının proqramlarının yayımı və "Dünya TV" televiziya kanalının proqramlarının yayımı fevralın 7-də 3 saatlıq müddətə dayandırılıb”, - məlumatda bildirilib.