Elçin Ağamalı:
Cəmiyyət
287
16:26, Bu gün

Elçin Ağamalı: "Bizim ögey qardaşımız var"

"Biz Fəzail müəllimin ailəsində Naxçıvanda doğulub, Bakıda yaşamışıq. Ailədə iki qardaş bir bacıyıq. Yəni, Elçin Ağamalı, Günay Ağamalı və Yalçın Ağamalı. Amma bizim ögey qardaşımızın olduğunu da bilirik".
 
Moderator.az xəbər verir ki, bu sözləri Teleqraf-a Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının oğlu Elçin Ağamalı atasının başqa bir qadından övladının olmasına münasibət bildirərkən deyib.
 
O qeyd edib ki, doğma qardaşı Yalçın Ağamalı Azərbaycanda yaşayır: “Digər yəni, ögey qardaşım Azərbaycanda yaşamır. Həm də onunla bağlı danışmaq istəmirəm. Fakt doğrudur, amma ögey qardaşımızla bağlı şərh verməyim düzgün deyil”.
 
Xatırladaq ki, Ana Vətən Partiyasının qurultayında gərginlik yaraşanıb. AVP-nin sədri Fəzail Ağamalı özündən sonra partiyaya qızı Günay Ağamalının sədrlik etməsini istəyib. Bu da oğlu Elçin Ağamalının etirazına səbəb olub. Beləliklə, qurultayda gərginlik yaşanıb və o qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Bundan sonra isə Fəzail Ağamalının ölkə hüdudlarından kənar daha bir övladının olması ilə bağlı xəbər yayılıb.
 
Link kopyalandı!
Son xəbərlər