Sosial şəbəkələrdə 525 saylı marşrut xəttində hərəkət edən avtobusun sürücüsünün dayanacaqda düşərək siqaret çəkdiyini əks etdirən görüntülər yayılıb. Həmin vaxt sərnişinlər avtobusun içərisində gözləməli olublar.
Hadisə ilə bağlı Baku TV-yə açıqlama verən adıçəkilən marşrut üzrə məsul şəxs Şadət Şahverdiyev bildirib ki, hadisə sürücünün rəqib marşruta görə vaxtından tez əraziyə çatması ilə əlaqədardır:
"525 saylı marşrut 506 ilə eyni istiqamətdə işləyir. Rəqib marşruta görə oraya tez gəlirlər. Məsələn, əgər məsafəni 27 dəqiqəyə qət etməlidirlərsə, bəzən 24 dəqiqəyə çatırlar və bu zaman 3 dəqiqəlik fasilə yaranır. Həmin müddətdə sürücü dayanacaqda gözləyir, su alır, bəzən də siqaret çəkir".
O əlavə edib ki, sürücü vaxtından tez gəldiyi üçün dayanacaqda qalmalı olub:
"Sürücü onsuz da gözləməli idi. Əgər avtobusda oturub gözləsə, siqaret çəkməsəydi, kimsə cırnamazdı".
Daha ətraflı Baku TV-nin süjetində: