Şərurlu İsfəndiyar Elman Nəsirovun qızına ev verir - VİDEO
Cəmiyyət
304
00:05, Bu gün

Şərurlu İsfəndiyar Elman Nəsirovun qızına ev verir - VİDEO

Bir neçə gün əvvəl millət vəkili Elman Nəsirovun birinci evlilikdən olan qızı Laləzar Əliyevə sosial şəbəkədə çıxış edərək atasından şikayətlənib.

Moderator.az xəbər verir ki, Laləzar Əliyeva (Nəsirova) atasının Elman Nəsirov olduğunu, deputatın isə illərdir qızından imtina etdiyini, ona köməklik göstərmədiyini iddia edib. Elman Nəsirov isə açıqlamasında iddianı təkzib edib.

Məsələyə "Şərur MTK"nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) da münasibət bildirib.

O, videomüraciətində Elman Nəsirovun qızına ev vermək istədiyini söyləyib.

"O qadın Elman müəllimin bir ürək parçasıdır. Mən o ailəni 5 il müddətinə mənzillə təmin etmək istəyirəm. Orada yaşayarlar, 5 ildən sonra mənzili bizə qaytararlar", - deyə o vurğulayıb.

Ətraflı videoda:

 

Link kopyalandı!
Son xəbərlər