Həkim pasiyenti yanlış əməliyyatla şikəst edib? - İDDİA - VİDEO
Cəmiyyət
227
27 Oct 2025 | 23:20

Həkim pasiyenti yanlış əməliyyatla şikəst edib? - İDDİA - VİDEO

Dizindən endoprotez əməliyyatı olunan şəxs iddia edir ki, paytaxtdakı özəl klinikaların birində işləyən travmatoloq onu səhv əməliyyat edib.

Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, Nazim Dadaşovun sözlərinə görə, 2022-ci il, aprel ayının 22-də paytaxtdakı özəl klinikaların birində dizindən endoprotez əməliyyatı edilib. Onu travmatoloq Ayaz Hümbətov əməliyyat edib.

Ancaq həmin gündən etibarən onun ağrıları daha da artıb. Dəfələrlə xəstəxanalara üz tutsa da, ağrısı bitmək bilmir. Ona ayrı-ayrı həkimlər təkrar əməliyyat edilməli olduğunu bildirib.

O vaxtdan indiyə qədər onun əməliyyat edilən sol dizində iltihablaşma da başlayıb. Özəl xəstəxanaların birindən ona bildirilib ki, təkrar endoprotez əməliyyat edilməlidir.

Onu əməliyyat edən həkimə dəfələrlə müraciət etdiyini deyən müsahibimiz bildirir ki, həkim onu düzgün əməliyyat etdiyini deyir. Həkim Ayaz Hümbətov deyilənlərlə bağlı məsələyə aydınlıq gətirib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Link kopyalandı!
Son xəbərlər