Rusiyanın vurduğu təyyarə nəticəsində həlak olan üç ekipaj üzvünə büst qoyulub - FOTO 
Cəmiyyət
1492
27 Oct 2025 | 23:14

Rusiyanın vurduğu təyyarə nəticəsində həlak olan üç ekipaj üzvünə büst qoyulub - FOTO 

Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökumə Əliyevanın qəbriüstü abidəsinə onların büstü qoyulub.

Moderator.az xəbər verir ki, büst bu gün qoyulub. Həmçinin Milli Qəhraman Hökümə Əliyevanın ailə üzvüləri bununla bağlı paylaşım edib. 

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hər iki pilot da daxil olmaqla, 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla, 24 nəfərin nəşi ölkəyə gətirilib.

Həmin fotoları təqdim edirik.

Link kopyalandı!
Son xəbərlər