Azərbaycanda alkoqollu içkilərin istehsalı kəskin azaldı
Cəmiyyət
1353
18:30, Bu gün

Azərbaycanda alkoqollu içkilərin istehsalı kəskin azaldı

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda alkoqollu içkilərin istehsalında ciddi azalma müşahidə olunub.

Moderator.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə yalnız pivə istehsalında cüzi artım müşahidə olunub. Belə ki, ölkədə pivə istehsalı 4 milyon 356.1 min dekalitr təşkil edərək 1.3% artıb.

Digər alkoqollu məhsullar üzrə vəziyyət geriləmə ilə xarakterizə olunur: Araq istehsalı 12,6% azalaraq 1 milyon 76.8 min dekalitrə, viski istehsalı 44.3% azalaraq 335.6 min dekalitrə, üzüm şərabı istehsalı isə 54.4% azalaraq 438.9 min dekalitrə enib.

Link kopyalandı!
Son xəbərlər