Qarğabazar karvansarayı bərpa ediləcək
Cəmiyyət
279
17:09, Bu gün

Qarğabazar karvansarayı bərpa ediləcək

Füzuli rayonunun Qarğabazar kəndində yerləşən karvansarayın bərpa işlərinə başlanılır.

Moderator.az xəbər verir ki, karvansaray bərpa ediləcək və ərazisi abadlaşdırılacaq.

Bu istiqamətdə layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı addımlar atılır.

Layihənin 314 min 706 manata başa gələcəyi ehtimal olunur.

Qeyd edək ki, "Qarğabazar Karvansarayı" 1681-ci ildə inşa edilib. Memarı məlum olmayan bu tarixi abidəyə bəzən “Şah Abbas karvansarayı” da deyirlər.

Link kopyalandı!
Son xəbərlər