Maaşlarını artımla alacaq körpələr evi işçilərinin əhatə dairəsi müəyyənləşdi
Cəmiyyət
322
16:47, Bu gün

Maaşlarını artımla alacaq körpələr evi işçilərinin əhatə dairəsi müəyyənləşdi

Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqlarına edilən artım əmsallarının şamil olunacağı işçilərin əhatə dairəsi müəyyənləşib.

Moderator.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına aşağıdakı artım əmsalları tətbiq ediləcək:

- baş həkim - 3 dəfə;

- baş mühasib, həkim-pediatr, musiqi rəhbəri, baş tərbiyəçi, tərbiyəçi, həkim diyetoloq - 2.5 dəfə;

- baş tibb bacısı, böyük tibb bacısı (qardaşı), psixoloq, hüquq məsləhətçisi, mühasib - 2 dəfə;

- təsdiq edilmiş mövcud ştat vahidinə uyğun olaraq digər vəzifələr - 1.5 dəfə.

Maliyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etməlidir.

Bu Qərar 2025-ci il avqustun 1-dən tətbiq edilir.

Link kopyalandı!
Son xəbərlər