Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət
454
16:25, Bu gün

Bu ərazilərdə qaz olmayacaq

Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə olacaq.

Moderator.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt Qaz İstehsalat Sahəsi məlumat yayıb.

Qeyd olunub ki, şəhərin "Yaşıl dərə" adlanan ərazisinin bir hissəsində diametri 57 millimetr olan qaz xəttində sızma aşkarlanıb.

Sızmanın aradan qaldırılması ilə əlaqədar bu gün saat 17:00-dan etibarən, ərazidəki 1800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.

Link kopyalandı!
Son xəbərlər