Elman Nəsirovdan qızı ilə bağlı iddialara AQRESSİV CAVAB
Cəmiyyət
538
12:45, Bu gün

Elman Nəsirovdan qızı ilə bağlı iddialara AQRESSİV CAVAB

Xəbər verdiyimiz kimi Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirovun qızı olduğunu iddia edən Laləzər Əliyeva sosial şəbəkədə yayımladığı çıxışı ilə gündəm oldu. Sözügedən məsələyə isə deputat “radikal müxalifətin işidir”, - deyə cavab verdi.
 
Bu cavab iddiaları nə təsdiq, nə də ki, təkzib etdi. Moderator.az xəbər verir ki, məsələ ilə bağlı Lent.az-ın əməkdaşı da Elmar Nəsirovla əlaqə saxlayıb, iddiaların doğru olub-olmadığını dəqiqləşdirmək istəyib.
 
Lakin deputat aqressiv tonda “xanım, mənim ixtisasım beynəlxalq münasibətlər və xarici siyasətdir. Gəlin, onlardan danışaq. Siz dediyiniz mövzu isə həm köhnəlib, həm də təxribatdır. Sağ olun!”,- deyib.
 
Görünən odur ki, deputat şəxsi məsələlərlə bağlı adekvat cavablar verməkdən yayınır.
Link kopyalandı!
Son xəbərlər