Özünü “qatı Heydərçi” kimi təqdim edən “sahibkar”ın Şirvandakı sərgüzəştləri rayonda sakinlərini narazı salıb
Qurbanxan Dəmirov – bu ad Şirvanda çoxlarına tanışdır. Özünü “qatı Heydərçi” kimi təbliğ edən bu adam vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb etmək, dələduzluq əməlləri ilə özünün çoxsaylı obyektlər qurmaq və digər qanunsuz əməlləri ilə məşhurlaşıb. Son dövrlərdə rayon sakinləri də onun əməllərindən boğaza yığılıb.
Qurbanxan Dəmirov qanun və qaydalardan, nizam-intizamdan, dövlətə “xidmət”dən ağızdolusu danışsa da, qanun-qaydaları ən çox pozan, haqq-ədaləti ayaqlar altına atan məhz onun özüdür - dəmiryolunun mühafizə zolağında ət kəsimi məntəqəsi yaratmaqla, insan sağlamlığı və qida təhlükəsizliyi normalarına qarşı çıxmaqla. “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları” və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”na dair Nazirlər Kabinetinin Qərarlarının tələbləri pozulur. “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərindən irəli gələn qaydalara əsasən iri və xırdabuynuzlu heyvanların kəsim məntəqəsi üçün konret normalar müəyyələşib. Belə ki, ət kəsimi məntəqələri kimi ətin doğranması və qablaşdırılması, soyudulması, yükləmə işləri üçün xüsusi normalar tələb olunduğu halda o, bunların heç birinə nəinki əməl etmir, hətta heyvanların saxlanması izolyator norpalarını da kobud şəkildə pozur. Bu başabəla “sahibkar” sahibi olduğu ət kəsimi məntəqəsinin tullantı sularını dəmir yolunun mühfizə zonasına axıtmaqla insanların həyat və sağlamlığı üçün ciddi təhlükə törədir ki, bu da rayon sakinlərinin haqlı narazılığına səbəb olur. Çirkab sularının ətrafına toplanan zərəverici həşaratlar isə ərazidə sanitar-epidemioloji tarazlığın pozulması üçün münbit şərait yaradır.
Bütün bunlar azmış kimi, Qurbanxan Dəmirov ona məxsus ət kəsimi məntqəsəinin yaxınlığında tikinti materiallarının satış obyekti də açıb. Əsasən qum, daş-çınqıl satışının həyata keçirildiyi həmin obyekt də dəmir yolunun mühafizə zolağına aid olan, qanunsuz yollarla zəbt edilmiş ərazidir. O, dəmir yolunun mühafizə zolağında maye qaz və benzin satışı məntəqəsi yaradıb. Bu isə dövlətin qanunlarını tapdalamaqla yanaşı, iqtisadi cinayətkarlığın ən təhülkəli formalarından hesab olunur.
“Hüdudsuz sahibkarlıq” fəaliyyəti ilə məşğul olan Qurbanxan Dəmirov həmin ərazidə yem məhsulları – ot və yonca satışı obyekti də qurub, “zapravka”dan 20-25 metr aralıda quru ot tayalarının yerləşdirilməsi hər an böyük təhülkəyə səbəb ola bilər. Qəribədir ki, hər kəsin gözü qarşısında olan bu təhlükə Fövqəladə Hallar Nzirliyinin müvafiq strukturlarının nəzərlərini indiyədək cəlb etməyib. Halbuki bu “açıq bomba”lar təcili şəkildə nəzarətə götürməli, insanların həyatı təhülkədən qurtarmalıdır.
Qurbanxan Dəmirova məxsus yanacaq doldurma məntəqəsi müştərilərə kassa çeki vermir. Müvafiq orqanlar son illərdə “Şirvan” Kiçik Müəssisəsində və Dəmirova məxsus digər obyektlərdə vergi nəzarəti tədbirləri həyata keçirməklə dövlətin qanuni vergilərinin yayındırılması hallarına görə, ciddi ölçü götürməlidir. Çünki hansısa sahibkarın özbaşınalığı və qanunları saymaması pis ənənələr yaratmaqla dövlətin iqtisadi maraqlarına zərbə vurur.
Yeri gəlmişkən, Qurbanxan Dəmirovun adı təbiətə qəsddə də hallandırılır. Onun haqqında danışılan yanacaqdoldurma məntəqəsi və digər obyektlərin yerində çoxillik ağaclar olduğu, sonradan “yaşıl soyqırımı” törətməklə adı “Qırmızı kitab”a düşən nadir ağac növlərini məhv etdiyi deyilir.
Açınacaqlı hal odur ki, ömrünün ahıl çağına yetişən “qocaman sahibkar” özünü Ulu Öndər Heydər Əliyevin ideyalarının daşıyıcısı kimi göstərərək törətdiyi ağır cinayətlərdən sığortalanmağa çalışır. Öz çirkin nəfsi və tamahı üçün Ulu Öndərin adından vaxaşırı sui-istifadə edən, Heydər Əliyevin ağacların qırılması ilə bağlı məşhur ifadəsini əlində bayraq tutaraq şou göstərən Qurbanxan kişi “Qırmızı kitab”a düşmüş ağacları məhv etməklə həm də ümummilli liderin bəşəri kəlamlarına xəyanət edir. O, törətdiyi cinayətlərinin üstünü ört-basdır etmək üçün Heydər Əliyevin adını sanki özünün biznes və şantaj alətinə çevirib. Hər çıxışında ümummilli liderdən misal gətirərək “o kişi deyib ki, kəsilən ağaclar mənim balalarımın qollarıdı” fikri ilə cəmiyyəti dolayan bu fırıldaqçı Ulu Öndərin məşhur kəlamını sabotaj edir.
Özünü cəmiyyətə “qatı Heydərçi” kimi sırımağa çalışan Qurbanxan Dəmirov xəyanətkarlığı təkcə bunlarla məhdudlaşmır. O, Avropada oturub Azərbaycan dövlətinə qarşı qarayaxma kampaniyası aparan, ölkə başçısı cənab İlham Əliyevi və ailə üzvlərini hər fürsətdə təhqir edən Qabil Məmmədov kimi xainlərlə əlbirdir. Tez-tez Qabilin intenet telekanalında görünən ağsaqqal onu “teleulduz”a çevirən vətən xaininə “qadası” deyir. //www.youtube.com/watch?v=r0upgHcnxNk
Heç kəsə sirr deyil ki, Qabil Məmmədov və onun erməni xislətli bandasının bir məqsədi var - Azərbaycanda sarsılmaz sabitliyi, dövlət-xalq birliyini pozmaq və öz çirkin niyyətlərinə çatmaq üçün münbit şərait yaratmaq. Prezident İlham Əliyevin dünya liderləri arasında artan nüfuzuna qarşı şər kampaniyası təşkil etmək, vətəndaşları icra və polis orqanları ilə üz-üzə qoymaqla ölkəmizin uğurlarını gösdən salmaq onların əsas hədəfidir. Bu plan Avropadakı erməni lobbisinin anti-Azərbaycan ssenarisidir və Qabil Məmmədov kimi satqınlar pul müqabilində bunu təbliğ edirlər. Qurbanxan Dəmirovun Qabil kimi xain və cinayətkarların bu kampaniyasına qoşulması isə Azərbaycan dövlətçiliyinə yönələn xəyanətlin yeni təzahürlərindəndir.
Haqqında Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən barəsində 16 il müdddətinə azadlıqdan məhrumetmə qərarı çıxarılmış Qabil Məmmədovla əlaqədə olan ayrı-ayrı şəxslərlı bağlı araşdırma aparıldığını nəzərə alsaq, Qurbanxan Dəmirovun də əməllərinə hüquqi qiymət verməyin vaxtı çatıb.
