Şahnaz Haşımovanın vəziyyəti açıqlandı
Cəmiyyət
817
25 Oct 2025 | 13:22

Şahnaz Haşımovanın vəziyyəti açıqlandı

Xalq artisti Şahnaz Haşımovanın son vəziyyəti açıqlanıb.
 
Onun nəvəsi Eldar Abdullayev “Qafqazinfo”ya açıqlamasında Xalq artistinin bu gün əməliyyat olunduğunu bildirib.
 
“Şahnaz Haşımovanın bu gün Gəncə Beynəlxalq Xəstəxanasında baş tutan əməliyyatı uğurla bitdi. Hazırda palata şəraitində müalicəsi davam etdirilir”, - deyə o qeyd edib.
 
Qeyd edək ki, 68 yaşlı Ş.Haşımova səhhətində yaranan problemlərə görə ötən gün xəstəxanaya yerləşdirilmişdi.
 
Link kopyalandı!
Son xəbərlər