Cəlil Məmmədquluzadənin barelyefində “Azərbaycan” sözü bərpa olunub - FOTO
272
13:17, Bu gün

Cəlil Məmmədquluzadənin barelyefində “Azərbaycan” sözü bərpa olunub - FOTO

Tbilisidə Cəlil Məmmədquluzadənin barelyefinə müdaxilə aradan qaldırılıb.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, xatirə lövhəsindəki “Azərbaycanın” yazısı üzərindəki ağ cızıqlar xüsusi məhlulla silinib.
 
Yazının bərpası Azərbaycanın Gürcüstandakı səfirliyi və Cəlil Məmmədquluzadənin ev-muzeyinə ictimai nəzarət həyata keçirən Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurası tərəfindən həyata keçirilib.
 
Muzeyin yerləşdiyi ərazidə təhlükəsizlik kameraları olmadığından yazının kimin tərəfindən silindiyini müəyyənləşdirmək mümkün olmayıb.
 
Qeyd edək ki, ev-muzeyinin yerləşdiyi binanın 2007-ci ildən mədəni irs abidəsi statusu var. Gürcüstanda bu cür tikililərin fasadlarına istənilən növ yazıların qanunsuz yazılmasına və “qrafiti”lərin çəkilməsinə görə 2 min lari məbləğində (1 250 AZN) cərimə tətbiq olunur.
Link kopyalandı!
Son xəbərlər