Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Şeyx Əbdüldən yeni açıqlama
Cəmiyyət
907
25 Oct 2025 | 08:41

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Şeyx Əbdüldən yeni açıqlama

Xəbər verdiyimiz kimi Xalq artisti Şeyx Əbdül Mahmudov bir neçə gün öncə səhhətində yaranan ciddi problemlər səbəbilə xəstəxanaya yerləşdirilib.
 
Musavat.com-a danışan Şeyx Əbdül müalicələrinə davam etdiyini, vəziyyətinin yaxşılaşdığını deyib:
 
"Hazırda Milli İdman və Tibbi Elmi Bərpa Mərkəzində müalicəmi davam etdirirəm. Artıq bir xeyli irəliləyiş var. Sağ olsun həkimim, bütün xərcləri öz üzərinə götürüb. Hal-hazırda fizioterapevtik müalicələr alıram, inşallah, bu gündən etibarən terapevtik müalicələrə də başlanacaq. Bronxlarım və mədə-bağırsaq sistemimlə bağlı müəyyən tənəffüs problemləri yaşayıram.
 
Beş il əvvəl koronavirus keçirmişdim. Müalicə almışdım və hər şey normal idi. Lakin bu yaxınlarda bir televiziya verilişi ilə bağlı iki gün ardıcıl çəkilişlərdə iştirak etdim və nəticədə mənə soyuq dəydi, qrip oldum. Bu, oktyabrın 2-də baş verdi. Təxminən 12 gün ev şəraitində müalicə aldım, sistemlər vuruldu, amma sonradan məlum oldu ki, xəstəliyin gedişi daha ciddi xarakter daşıyır. Vəziyyətim ağırlaşdığı üçün xəstəxanaya müraciət etdim".
 
Link kopyalandı!
Son xəbərlər