Bakının mərkəzində bu binalar plana düşdü
Cəmiyyət
346
24 Oct 2025 | 22:49

Bakının mərkəzində bu binalar plana düşdü

Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntüsünə başlanılır.

Moderator.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat əldə edib.

Məlumata görə, Komitənin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi bununla bağlı hazırlıqlara başlayıb.

Qeyd edilib ki, söküntü işləri Səbail rayonu, Salman Mümtaz küçəsi, ev 30 və ev 34, eləcə də Dağlıq küçəsi, ev 24 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binaları əhatə edəcək.

Xatırladaq ki, daha əvvəl Binəqədi, Sabunçu və Suraxanı rayonlarında da istismar müddəti bitmiş qəzalı binaların söküntüsü ilə bağlı hazırlıqlara başlanılıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər