20:33
17°C
Bakı
Bir neçə gün bundan əvvəl baş nazirin sabiq müavini Abid Şərifovun insult keçirməsi və vəziyyətinin ağır olması ilə bağlı xəbərlər yayılmışdı.
Moderator.az xəbər verir ki, manset.az Abid Şərifovla əlaqə saxlayıb. O, insult keçirdiyini təsdiqləyib:
"Hazırda ağır xəstəyəm, insult keçirmişəm. Neçə vaxtdır xəstəxanada idim. İndi evə buraxılmışam. Müalicəm ev şəraitində davam edir. Bu dəfə "əzrayıl"ın əlindən qaçdım. İndi özümü yaxşı hiss edirəm. Narahat olan hər kəsə cansağlığı arzu edirəm", - deyə Abid Şərifov qeyd edib.