Suraxanı rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq
Cəmiyyət
292
16:35, Bu gün

Suraxanı rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq

Suraxanı rayonunda ortatəzyiqli qaz xəttindən ayrılan, istismarda olmayan borunun ləğv olunması və aşkar olunmuş sızmanın aradan qaldırılması ilə əlaqədar 27.10.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Moderator.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir işləri aparılan müddətdə Hövsan kəndinin, M.Əliyev və Zeytun küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Link kopyalandı!
Son xəbərlər