Bizi sosial şəbəkələrdən izləyin:
"2026-cı ildə veteranlara verilən təqaüdün artırılması nəzərdə tutulmur".
Moderator.az xəbər verir ki, bu sözləri Trend-ə açıqlamasında Azərbaycan Respublikası Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Qeyd edək ki, hazırda Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü 80 manatdır.