Bizi sosial şəbəkələrdən izləyin:
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bütün fəaliyyət istiqamətlərində süni intellekt həllərinin tətbiqi strateji hədəflərdən biridir. Artıq "Əlillik" altsistemində süni intellekt əsaslı funksionallıq istifadəyə verilib".
Moderator.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev DOST Agentliyinin təşkilatçılığı ilə keçirilən "SocGov 2025: Süni intellekt - insan və transformasiya üçün" adlı beynəlxalq konfransda deyib.
O bildirib ki, əlilliyin qiymətləndirilməsi üçün tibbi göndərişlərdə artıq süni intellekt əsaslı funksionallıq əsasında mətn analizi həyata keçirilir.
Bununla şəxsi məlumatlar və sui-istifadələrə səbəb ola bilən həssas məlumatlar avtomatik aşkar edilərək tənzimlənir:
"Əlillik altsistemində süni intellekt əsaslı məsləhət mexanizmi də hazırlanır. Bu mexanizm nəticəsində həm qərarvermə prosesi sürətlənəcək, həm də obyektivlik və şəffaflıq səviyyəsi daha da artacaqdır".
Anar Əliyev nazirliyin fəaliyyət istiqamətlərində süni intellekt həllərinin tətbiqi üçün üçillik Yol Xəritəsi əsasında işlər aparıldığını deyib.