Coratda qaz kəsiləcək
Cəmiyyət
250
11:32, Bu gün

Coratda qaz kəsiləcək

Bu gün mövcud qaz sayğaclarının yeni xəttin üzərinə köçürülməsi ilə əlaqədar Corat qəsəbəsində qaz təchizatında müvəqqəti fasilə olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb.
 
Bildirilib ki, saat 12:00-dan etibarən məktəbin yanı - dördyol adlanan ərazidə aparılan işlər səbəbindən 500 abonentin qaz təchizatı işlər tamamlananadək dayandırılacaq.
 
Məlumatda qeyd edilib ki, qaz verilişinin bərpası işlər başa çatdıqdan dərhal sonra təmin olunacaq.
Link kopyalandı!
Son xəbərlər