İlin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq
Cəmiyyət
256
11:04, Bu gün

İlin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq

5 noyabr və 4 dekabr tarixlərində ardıcıl iki Super Ay hadisəsi müşahidə olunacaq.
 
Bu barədə Moderator.az-a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
 
Bildirilib ki, Super Ay hadisəsi Tam (dolu) Ay fazası Ay öz orbitinin perigeyində (Yerə ən yaxın) olduğu vaxta təsadüf edir. Perigey məsafəsi 360000 km-dən kiçik olarsa, bu zaman baş verən Tam (dolu) Ay Super Ay adlanır. Ay bu məsafədə olanda adi tam Aydan 7–14% böyük və təxminən 15–30% parlaq görünür. Məsələn, noyabrın 5-də və dekabrın 4-də Ay adi tam Aydan təxminən 8% böyük və 16% parlaq olacaq.
 
Ayın Yerdən məsafəsi noyabrın 5-də 356832 km, dekabrın 4-də isə 356961 km təşkil edəcək. Ayın Yerə maksimal yaxınlaşması (perigey) 1912-ci il yanvarın 4-də baş verib və bu zaman məsafə 356375 km olub. Sonrakı illərdə ən çox yaxınlaşma 1948-ci il yanvarın 26-da 356508 km, 2016-cı noyabrın 14-də 356509 km, 2018-ci il yanvarın 1-də 356565 km olub. Növbəti maksimal yaxınlaşma ilə (356447 km) Super Ay hadisəsi 2034 -cü il noyabrın 25-də baş verəcək.
 
Super Ay hadisəsinin insanlar üçün heç bir təhlükəsi yoxdur. Sadəcə Ay Yerə yaxınlaşdıqca, onun cazibə qüvvəsi okean və dəniz səviyyələrinə daha çox təsir edir. Bu, adi haldan 3–5 cm-ə qədər daha yüksək su səviyyəsinə səbəb ola bilər.
Link kopyalandı!
Son xəbərlər