Bizi sosial şəbəkələrdən izləyin:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov 65 yaşında vəfat edib.
Moderator.az APA-ya istinadla xəbər verir ki, Nəriman Qurbanov bu gecə dünyasını dəyişib.
Qeyd edək ki, Nəriman Əhmədağa oğlu Qurbanov 20 oktyabr 1960-cı ildə Bakı şəhərində anadan olub.
O, Əməkdar dövlət qulluqçusudur, uzun illər bir sıra dövlət qurumlarında rəhbər vəzifələrdə çalışıb.
Xatırladaq, N.Qurbanov yazıçı və ssenarist Əhmədağa Muğanlının oğludur.