20:35
17°C
Bakı
Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlər vergiyə cəlb olunacaq.
Moderator.az xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, bu gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.
Bununla bağlı müvafiq qanunvericiliyə dəyişikliklərin edilməsi nəzərdə tutulub.