Gələn ildən Laçına müntəzəm uçuşlara başlanıla bilər
Cəmiyyət
815
23 Oct 2025 | 15:15

Gələn ildən Laçına müntəzəm uçuşlara başlanıla bilər

2026-cı ildə Laçın Beynəlxalq Hava Limanına müntəzəm reyslərin həyata keçirilməsinə başlanıla bilər.
 
Moderator.az xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
 
Sənədə əsasən, gələn il "Azərbaycan Hava Yolları" QSC Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi reyslər, Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin ödənilməsi, Füzuli və Laçın aeroportlarına təşkil edəcəyi reyslərə görə yaranacaq zərərin subsidiyalaşdırılması məqsədilə dövlət büdcəsindən 5,9 milyon manat vəsait alacaq.
 
Link kopyalandı!
Son xəbərlər