Bakı-Ağstafa-Bakı xətti üzrə əlavə qatar reysləri təyin edilib
Cəmiyyət
319
12:33, Bu gün

Bakı-Ağstafa-Bakı xətti üzrə əlavə qatar reysləri təyin edilib

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Zəfər Günü ilə əlaqədar 8, 9, 10 və 11 noyabrda Bakı-Ağstafa-Bakı xətti üzrə hər iki istiqamətdə əlavə qatar reysləri təyin edib.
 
Moderator.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
 
"Eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə səfər edə bilərsiniz. Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar", - deyə məlumatda qeyd olunub.
 
Link kopyalandı!
Son xəbərlər