402 min nəfərə Prezidentin aylıq təqaüdü ödənildi
Cəmiyyət
343
11:30, Bu gün

402 min nəfərə Prezidentin aylıq təqaüdü ödənildi

Bu ilin yanvar-sentyabr aylarında 502 min nəfərə sosial müavinət, 402 min nəfərə isə Prezidentin aylıq təqaüdü ödənilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 861 mln. manat, Prezident təqaüdləri üzrə 551 mln. manat ödənilib.
 
Qeyd olunub ki, cari ilin 9 ayında 119 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 840 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
 
Link kopyalandı!
Son xəbərlər