Kirayə yaşadığı evdən çıxarılmış tanınmış alim vəfat etdi - VİDEO
Cəmiyyət
347
22 Oct 2025 | 22:40

Kirayə yaşadığı evdən çıxarılmış tanınmış alim vəfat etdi - VİDEO

Ötən il kirayə yaşadığı evdən çıxarılan tanınmış ilahiyyatçı-alim Fazil İsmayılov vəfat edib.

Moderator.az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.

Qeyd edilib ki, 77 yaşlı fəlsəfə doktoru küçədə gedərkən qəfil yıxılıb və vəfat edib.

Xatırladaq ki, 1 il əvvəl kirayə borcunu ödəyə bilmədiyi üçün ev sahibi Fazil İsmayılovu mənzildən çıxarmışdı. İddiaya görə, o, bir illik kirayə haqqını ödəməmişdi.

Qeyd edək ki, Fazil İsmayılov Ankara Universitetində 17 il müəllim işləyib. 29 kitab müəllifi və "Quran"ın rusca və azərbaycanca tərcüməçisidir.

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər