Bakıda sürücüdən kobud davranış:
Cəmiyyət
276
16:27, Bu gün

Bakıda sürücüdən kobud davranış: "Bütün sərnişinləri avtobusdan düşürdü"

Bakıda avtobusunun sürücüsünün sərnişinlə kobud davranışı narazılıq yaradıb.

Moderator.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat yazılıb.

Qeyd olunub ki, "BakuBus"a məxsus 3 nömrəli marşrut avtobusunun sürücüsü yaşlı qadını avtobusdan düşürüb.

"Avtobusda sıxlıq olduğu üçün ön qapıdan minik mümkün deyildi. Yaşlı bir xanım ödənişi ön qapıdan edildikdən sonra arxa qapıdan avtobusa mindi. Xanıma yer vermişdilər, əyləşmişdi. Sürücü isə onun avtobusdan düşməsini tələb etdi və avtobusu sürməkdən imtina etdi. Nəticədə yaşlı xanım gərgin vəziyyətdə avtobusdan endi. Bundan sonra isə sürücü avtobusu lazım olan dayanacaqda deyil, sonrakı dayanacaqda saxlayaraq sərnişinlərin düşməsini tələb etdi", - deyə şikayətdə bildirilib.

Link kopyalandı!
Son xəbərlər