Sumqayıtın bəzi hissələrində qaz kəsiləcək
Cəmiyyət
421
11:40, Bu gün

Sumqayıtın bəzi hissələrində qaz kəsiləcək

Sumqayıt şəhərinin bəzi hissələrində qaz təchizatında fasilə yaranacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt Qaz İstismar Sahəsi (QİS) məlumat yayıb.
 
Qeyd olunub ki, mövcud qaz sayğaclarının yeni xəttin üzərinə köçürülməsi ilə əlaqədar oktyabrın 22-də saat 12:00-dan etibarən, Corat qəsəbəsində (məktəbin yanı-dörd yol adlanan ərazi) 500 abonentin qaz təchizatı dayandırılacaq.
 
Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa olunacaq.
 
Link kopyalandı!
Son xəbərlər