Azadlıq meydanının qarşısındakı yol bağlanır - Sürücülərin nəzərinə!
Cəmiyyət
263
15:56, Bu gün

Azadlıq meydanının qarşısındakı yol bağlanır - Sürücülərin nəzərinə!

Paytaxtın Səbail rayonu, Neftçilər prospektinin Azadlıq meydanının qarşısından keçən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
 
Bildirilib ki, 21 oktyabr saat 23:00-dan etibarən aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti işlər tamamlanana qədər məhdudlaşdırılaraq meydan ərazisindən təmin ediləcək.
 
Bu səbəbdən, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, göstərilən ərazidə hərəkət zamanı ehtiyatlı olmaları, yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi riayət etmələri xahiş olunur.
Link kopyalandı!
Son xəbərlər