Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün respublika üzrə oktyabr ayının pensiya ödənişi yekunlaşıb.
Moderator.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, oktyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin oktyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.