Sabah Bakıya yağış, bu ərazilərə qar yağacaq - PROQNOZ
Cəmiyyət
401
12:44, Bu gün

Sabah Bakıya yağış, bu ərazilərə qar yağacaq - PROQNOZ

Oktyabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 21-dən 22-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 13-15, gündüz 17-20 dərəcə isti olacaq.
 
Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət isə 70-80 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 10-14, gündüz 18-22, dağlarda gecə 4-8, gündüz 10-15 dərəcə isti olacaq.
Link kopyalandı!
Son xəbərlər