Zığ dairəsi–Hava Limanı yoluna birləşdirən yanaşma yolları tikilir - VİDEO
Cəmiyyət
456
16:50, Bu gün

Zığ dairəsi–Hava Limanı yoluna birləşdirən yanaşma yolları tikilir - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Suraxanı rayonunun Bahar və Dədə Qorqud qəsəbələrini Zığ dairəsi–Hava Limanı avtomobil yoluna birləşdirən giriş, çıxış və yanaşma yolları tikir.

Moderator.az agentliyə istinadən xəbər verir ki, yanaşma yollarının ümumi uzunluğu 1600 metr təşkil edir.

Hazırda layihə üzrə ərazidə qazma və dolğu işləri icra olunur. Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işlərinin yerinə yetirilməsi nəzərdə tutulur.

Layihənin icrası nəticəsində yolboyu hərəkət daha da rahatlaşacaq, yük və sərnişin daşımaları asanlaşacaq, həmçinin həmin qəsəbələrin sakinləri üçün Zığ dairəsi–Hava Limanı yolu ilə birbaşa nəqliyyat bağlantısı təmin ediləcək.

Bununla yanaşı, hazırda qəsəbələri birləşdirən mövcud yolun da təmiri işləri aparılır. Uzunluğu 790 metr olan bu yol üzrə köhnə asfalt-beton örtüyünün frezlənməsi işləri görülür.

 

Link kopyalandı!
Son xəbərlər