Şəkidə universitet yaradılacaq - Rəsmi müraciət edilib
Cəmiyyət
288
15:40, Bu gün

Şəkidə universitet yaradılacaq - Rəsmi müraciət edilib

"Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının müstəqil universitet olması yolunda işlər görürük".
 
Moderator.az xəbər verir ki, bunu Modern.az-a müsahibəsində 114 saylı Şəki şəhər seçki dairəsinin deputatı Vüqar İskəndərov bildirib.
 
O bildirib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının müstəqil universitet olması üçün hər cür imkan var:
 
"Məsələni qaldırdıqdan sonra Nazirlər Kabineti, baş nazir bu məsələyə diqqət etdi. Onlara da xüsusi təşəkkürümü bildirirəm. Nazirlər Kabinetinin bülleteninə də bu məsələ daxil edilib. Danışdıq və bildirdilər ki, Şəki filialının ayrıca universitet olması məsələsi gündəmdədir. Hələlik konkret tarix bilinməsə də, bu məsələni mən də gündəmdə saxlayıram, ictimailəşdirməyə çalışacağam".
 
Deputat qeyd edib ki, bina, texniki baza, professor-müəllim heyəti baxımından da filial Şəki Dövlət Universiteti kimi fəaliyyət göstərməyə hazırdır.
 
"Pedaqoji Universitetinin filialları arasında da ən yüksək balla qəbul olunan filial Şəkidir. 2026-cı ildə bu məsələni yenidən gündəmə gətirəcəyəm və danışıqlara başlayacağam", - deyə Vüqar İskəndərov vurğulayıb.
Link kopyalandı!
Son xəbərlər