Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət
280
14:59, Bu gün

Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

Bu gün Sumqayıt şəhərində bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılıb.
 
Moderator.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
 
Bildirilib ki, Sumqayıt şəhəri, 52-ci məhəllə, Novxanı bağları, Qurd dərəsi və Saray bağları yaşayış ərazilərinin qaz xəttində yaranan qəzanın aradan qaldırılması ilə əlaqədar saat 13:50-dən qaz təchizatı dayandırılıb.
 
Hazırda təmir-bərpa işləri görülür. Sumqayıt şəhəri, 52-ci məhəllə və Novxanı bağlarının bir hissəsinin, Qurd dərəsi və Saray bağları yaşayış ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Link kopyalandı!
Son xəbərlər