Sabah 25 dərəcə isti olacaq - PROQNOZ
Cəmiyyət
233
12:22, Bu gün

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Oktyabrın 20-də gözlənilən hava proqnozu açıqlanıb.
 
Bu barədə Moderator.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
 
Bakıda və Abşeron yarımadasında külək əsəcək
 
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 14-17° isti, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.
 
Şimal və qərb rayonlarında arabir yağış yağacaq
 
Oktyabrın 20-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacaq.
Link kopyalandı!
Son xəbərlər