Bizi sosial şəbəkələrdən izləyin:
Axar.az xəbər saytı 12 yaşını qeyd edir.
Moderator.az xəbər verir ki, 2013-cü ilin oktyabrın 19-da oxucularla ilk görüşə gələn sayt Azərbaycanda, regionda və dünyada baş verən hadisələri işıqlandırır.
Axar.az Azərbaycan, ingilis, rus, və fars dillərində dörd versiyada işləyir. Sayt həm də ərəb əlifbası ilə Azərbaycan dilində fəaliyyət göstərən yeganə yerli media orqanıdır.
Qeyd edək ki, Axar.az saytı "Teleqraf" Media Qrupun tərkibində fəaliyyət göstərir. Holdinqin rəhbəri Aynur Camalqızı, saytın baş redaktoru isə Anar Niftəliyevdir.
Moderator.az-ın kollektivi Axar.az-da çalışan həmkarlarını təbrik edir, onlara uğurlar arzulayır!