Bakının mərkəzində söküntü - VİDEO
Cəmiyyət
563
18:05, Bu gün

Bakının mərkəzində söküntü - VİDEO

Akademik Həsən Əliyev küçəsi ilə metronun "Koroğlu" stansiyasını birləşdirən yeni avtomobil yolunda ümumi uzunluğu 2 073 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin inşası aparılır.

Moderator.az AzTV-yə istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə bu yolun akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər olan hissəsinin tikintisinin sürətlə davam etdirildiyini bildirib.

"Yeni avtomobil yolu Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilib. Hazırda yolun inşası sürətlə davam etdirilir”, - o bildirib.

 

Link kopyalandı!
Son xəbərlər