Ölkəyə ət idxalı azalıb
Cəmiyyət
433
16:31, Bu gün

Ölkəyə ət idxalı azalıb

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana 33 320.97 ton ət idxal olunub ki, bunun üçün 75 milyon 768 min 740 dollar xərclənib.

Moderator.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxalın həcmi azalıb. 2024-cü ilin yanvar-sentyabr aylarında ölkəyə 41 415.15 ton ət gətirilmiş və bunun üçün 90 milyon 514 min 260 dollar xərclənmişdi. Beləliklə, ətin idxalında təxminən 8 094 ton azalma olub.

Hesablamalar göstərir ki, bu il bir ton ət ölkəyə təxminən 2 274 dollara gətirilib. Ötən il isə bu rəqəm təxminən 2 180 dollar olub.

Link kopyalandı!
Son xəbərlər