Zəngəzur dəhlizində işlər gecə-gündüz davam edir. 5 ildir regionun diqqəti bu layihədədir.
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, Şərqlə Qərbin əsas tranzit mərkəzi hesab edilən layihənin Azərbaycan hissəsində işlərin 95 faizi icra edilib.
Zəngəzur dəhlizi həm Azərbaycan və qonşu dövlətlər, həm də daha böyük coğrafiya üçün strateji layihə hesab edilir. Bu yol tranzit marşrutu qısaltmaqla şərqdən qərbə yükdaşıma xərclərini azaldacaq. Elə buna görə də layihənin icrası zamanı perspektivlər nəzərə alınıb.
Məsafənin uzun, relyefin çətin olmasına baxmayaraq, layihə plan üzrə davam etdirilir. Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu 1-ci dərəcəli texniki yol standartları ilə inşa edilir. Bu isə ən yüksək səviyyəli avtomobil yolu hesab edilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: