Daşkəndə uçan təyyarə Bakıya məcburi eniş etdi
Cəmiyyət
1896
17 Oct 2025 | 23:45

Daşkəndə uçan təyyarə Bakıya məcburi eniş etdi

Oktyabrın 17-də "LOT Polish Airlines" aviaşirkətinə məxsus, Varşava-Daşkənd marşrutu üzrə hərəkət edən "Boeing 737" tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.

Moderator.az xəbər verir ki, bu barədə aeroportdan məlumat verilib.

Bildirilib ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətində yaranan problem olub. Hava gəmisinin enişi yerli vaxtla saat 22:25-də təhlükəsiz şəkildə həyata keçirilib.

Sərnişinə tibbi heyət tərəfindən dərhal zəruri ilkin tibbi yardım göstərilib.

Məlumatda qeyd olunub ki, hava limanının bütün müvafiq xidmətləri hadisə zamanı operativ şəkildə fəaliyyət göstərib:

"Heydər Əliyev Beynəlxalq Aeroportu hər zaman beynəlxalq hava nəqliyyatı standartlarına uyğun şəkildə fəaliyyət göstərərək, fövqəladə hallarda operativ reaksiya, təhlükəsizlik və insan amilini əsas prioritet kimi qiymətləndirir".

Link kopyalandı!
Son xəbərlər