Füzulidə atəşfəşanlıq keçirildi
Cəmiyyət
2172
17 Oct 2025 | 19:10

Füzulidə atəşfəşanlıq keçirildi

Füzuli Şəhəri Günü münasibətilə atəşfəşanlıq keçirilib.

Moderator.az xəbər verir ki, 17 Oktyabr Füzuli Şəhəri Günü münasibətilə yenidən qurulan Füzuli şəhərində silsilə tədbirlər keçirilib.

Bu tədbirlər çərçivəsində uşaqlar üçün tamaşa nümayiş etdirilib, şəhərin işğaldan əvvəl və sonrakı vəziyyətini əks etdirən foto sərgi təşkil olunub, həmçinin geniş konsert proqramı baş tutub.

Günün sonunda isə şəhərin mərkəzində möhtəşəm atəşfəşanlıq olub.

Link kopyalandı!
Son xəbərlər