Anar Sadıqovun hakimlik fəaliyyətinə xitam verildi
Cəmiyyət
491
15:35, Bu gün

Anar Sadıqovun hakimlik fəaliyyətinə xitam verildi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun fəaliyyətinə xitam verilib.
 
Moderator.az xəbər verir ki, bununla bağlı Məhkəmə-Hüquq Şurası qərar qəbul edib.
 
Qeyd edək ki, ötən həftə A. Sadıqov hakimlik fəaliyyətinə xitam verilməsi üçün istefa ərizəsi yazıb və öz ərizəsini Məhkəmə-Hüquq Şurasına təqdim edib. O, istefasına səbəb onun hüquq sahəsi üzrə elmi və pedoqoji fəaliyyətlə məşğul olmaq istəyi olub.
 
Xatırladaq ki, A. Sadıqov son vaxtlar bir sıra səs-küylü işlərə baxıb. O, narkotik ittihamı ilə mühakimə olunan, özünü şair-tiktoker kimi təqdim edən İlhamə Elşadqızının işini də araşdırıb.
 
Link kopyalandı!
Son xəbərlər