Hərbi Prokurorluqda YENİ TƏYİNATLAR
Cəmiyyət
583
13:30, Bu gün

Hərbi Prokurorluqda YENİ TƏYİNATLAR

Hərbi prokuror, ədliyyə general-mayoru Bəhruz Əhmədovun rəhbərliyi ilə Hərbi Prokurorluqda kadr islahatları uğurla davam etdirilir.
 
Moderator.az-ın xəbərinə görə, bu islahatlar çərçivəsində ədliyyə polkovnik-leytenantı Vaqif İsmayılov Respublika Hərbi prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilib.
 
Bundan başqa, Şəmkir hərbi prokurorunun müavini, ədliyyə polkovnik-leytenantı Azər Mehdiyev vəzifəsindən azad edilərək, Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuroru vəzifəsinə təyin olunmuş, İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə mayoru Elxan Salamzadə isə, Şəmkir hərbi prokurorunun müavini vəzifəsinə gətirilmişdir.
 
Məlumatların doğruluğu Respublika Hərbi Prokurorluğundan təsdiq edilib.
Link kopyalandı!
Son xəbərlər