Azərbaycana gətirilən elektromobillərin sayı azalıb
Cəmiyyət
854
16 Oct 2025 | 11:30

Azərbaycana gətirilən elektromobillərin sayı azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana ümumilikdə 1 milyard 605 milyon 020 min ABŞ dolları dəyərində 85 257 ədəd avtomobil idxal olunub.
 
Bu barədə Moderator.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.
 
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 26,5% və 28,6% çoxdur.
 
9 ayda Azərbaycana 263 milyon 999 min ABŞ dolları dəyərində 12 555 hibrid avtomobil idxal edilib. Bu isə illik müvafiq olaraq 2,8% azalma və 17,2% artım deməkdir.
 
Dövr ərzində ölkəyə gətirilən plug-in hibrid avtomobillərinin dəyəri 3,5 dəfə artaraq 604 milyon 619 min ABŞ dolları, sayı isə 6,4 dəfə artaraq 31 873 ədəd təşkil edib.
 
Hesabat dövründə Azərbaycana 48 milyon 210 min ABŞ dolları dəyərində 1 559 tam elektrikli avtomobil idxal edilib. Bu da illik müvafiq olaraq 45,6% və 30,6% azdır.
 
Link kopyalandı!
Son xəbərlər