Biləcəri sakinlərinin gecəsini kabusa çevirən reabilitasiya mərkəzi
Cəmiyyət
366
00:21, Bu gün

Biləcəri sakinlərinin gecəsini kabusa çevirən reabilitasiya mərkəzi

Biləcəridə reabilitasiya mərkəzi sakinlərinin gecəsini kabusa çevirib.

Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, gündüzlər qorxudan evdən bayıra çıxa bilmədiklərini, gecələr isə vahiməli qışqırtılardan mənzillərində rahatlıq tapmadıqlarını iddia edənlər Biləqədi rayonunun Biləcəri qəsəbəsinin sakinləridir.

Biləcəri 16 küçəsinin sakinləri iddia edirlər ki, düz bir ildir məhəllədə fəaliyyət göstərən narkotik asılılığından əziyyət çəkənlər üçün reabilitasiya mərkəzi onların rahatlığını pozub.

Gecələr mərkəzdən müalicə alan xəstələrin məhəlləyə qaçıb qışqırması, dava-dalaşı artıq adi hala çevrilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

 

Link kopyalandı!
Son xəbərlər