19:56
19°C
Bakı
"Kolorit" kafesində baytarlıq nəzarəti olmadan saxlanılan heyvanlar aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Moderator.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, aparılan monitorinqlər zamanı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 2094 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Fərid Fərhad oğlu Ələkbərzadəyə məxsus "Kolorit" kafesində müəyyən edilmiş baytarlıq nəzarəti olmadan saxlanılan heyvan və quşlar (5 baş göyərçin, 15 baş dovşan, 2 baş xoruz, 4 baş tısbağa) aidiyyəti üzrə təhvil verilib və digər zəruri tədbirlər görülür.