Belə təsnifatı BMT irəli sürərək bu növ cinayətkar fəaliyyəti həm “geniş” həm də, “dar” mənada kibercinayətlərə aid edir.
Avropa Şurasının “kibercinayətkarlıq haqqında” Konvensiyası(2001-ci ilin 23 noyabrında Budapeştdə ingilis və fransız dillərində imzalanmışdır) kibercinayətləri əvvəlcə dörd qrupa ayırır, sonradan qəbul edilən əlavə protokol əsasında beş qrupa bölür. İlk qrupda “kompyuter cinayətləri” yer alır. Bu qrup cinayətlər kompyuter məlumatlar sisteminin tamlığı və konfidensiallığı əleyhinə olan aşağıdakı cinayətlər təşkil edir:
• Qanunsuz daxil olma (kompyuter sisteminə və yaxud onun hissəsinə hüquqa zidd, qəsdən daxil olma); 2-ci maddə.
• Qanunsuz ələ keçirmə(yaxalama) -3-cü maddə (kompyuter sistemini hüquqa zidd, qəsdən ələ keçirmə, cəmiyyətin maraqlarına uyğun, təyin olunmayan məlumatları qamarrama)
• Məlumatlara – Verilənlərə müdaxilə etmə -4cü maddə. Kompyuter məlumatları hüquqa zidd korlama, çıxarma, pozma, dəyişmə və ya qarşısını alma,əhəmiyyətli zərər vurduqda;
• Sistemə müdaxilə etmə.-5-ci maddə. Kompyuter sisteminin funksiyasını, hüquqa zidd müdaxilə yolu ilə korlama, çıxarma, pozma, dəyişmə və yaxud, kompyuter məlumatlarının qarşısını alma,məlumatlara ciddi maneə törədilməsi)
İkinci qrupa- kompyuter vasitələrindən istifadə ilə əlaqəli olan cinayətlər daxildir. Konvensiya kompyuter texnologiyalarından istifadə yolu ilə saxtakarlığı, kompyuter məlumatları məhv etmə və ya qapama (bloklama), dəyişmə kimi müəyyən edir. Belə hallar eyni zamanda autentik məlumatların pozulmasına yönəlməlidir. Konvensiyaya görə, kibernetika məkanında dələduzluq da mümkündür. Yəni, bir şəxsin dələduzluq və ya çirkli, natəmiz yolla, qanunsuz olaraq özünün və ya, 3-cü şəxslərin xeyrinə iqtisadi gəlirlərin əldə etməsi, kompyuter məlumatlarını bloklaması, çıxartması, dəyişməsi və kompyuter sisteminə bu məqsədlə müdaxilə etməsi və s.
Üçüncü qrupu məlumatların məzmunu- kontentlə(insanların marağına səbəb olacaq və öyrənmək istədikləri informasiyadır.Həm də,məzmun mənasını verir) bağlı cinayətlər tutur. Söhbət konvensiyada kifayət qədər ətraflı işıqlandırılan uşaq pornoqrafiyasının yayılması üzrə məhz hansı hərəkətlərə, əlamətlərə diqqət etmək lazımdır,–məsələsi mühüm əhəmiyyət kəsb edir.
Bu qrupda, kompyuter şəbəkələrində yerləşdirilən məlumatların məzmunu –kontentə daxil olan cinayətlər yer alır. Praktik olaraq bütün dövlətlərdə ən geniş yayılmış və cəzalandırılmalı olan əməl kimi diqqət çəkən uşaq pornoqrafiyası ilə bağlı olan cinayətlər ictimai rəydə üzücü ovqatla yadda qalır.
Adətən bu cür cinayətlər ağır cinayətlər sayılır. Burada diqqət çəkən əsas cəhət ondan ibarətdir ki, pornoqrafiyanın istehsalı ilə məşğul olan şəxslər uşaqlarla fiziki təmasda olmadan da, bu cunayətlərin subyekti sayılır. (Əməl şəxsin psixi münasibəti, nəticəsini arzulaması ilə təqsirin qəsd forması ilə törədilir.) Belə pornoqrafik materialların istehsalı zamanı uşaqların seksual istismarı tələb olunduğundan, əməlin əyani təsvirinə ehtiyac yaranır. Ona görə, əməl bir başa qəsdlə törədildiyinə görə ciddi narahatlıq doğurur, təsnifatına görə isə ağır cinayətlərə aid edilir,çünki bu əməlin ictimai təhlükəlilik dərəcəsi də yüksək olur.
Uşaq pornoqrafiya materiallarının “sifarişçiləri” istehsalçıların əksər hallarda seksual fantaziyalarına və şəkillərə olan maraqları ilə kifayətlənmir, faktiki olaraq bunları real həyatda olan təcrübədən faydalanaraq hazırlayırlar. (Pedofiliya-uşaqlara qarşı seksual zorakııq və s.)
Dördüncü qrupda müəlliflik və qarışıq hüququn pozulması ilə bağlı olan cinayətlər yer alır. Konvensiyada belə cinayətlərin növləri əks olunmur. Bu cür hüquqpozmalar dövlətlərin milli qanunvericiliyinin səlahiyyətinə aid olan aktlarda müəyyən edilmişdir.
Beşinci qrupda ictimai təhlükəsizliyə yönələn cinayətlər təşkil edir. Bu koteqoriyaya kiberterrorçuluq və kiberməkanın terrorçuluq məqsədi ilə istifadə edilən təhlükəli əməllər daxildir.
İnformasiya proseslərinin qloballaşması terrorçuluğun yeni, daha təhlükəli və vahiməli formasının - kiberterrorçuluğun yaranmasını şərtləndirir.
Kiberterrorçuluğu terrorçuluğun texnoloji növünə də aid etmək olar. Terrorçuluğun bu, fövqəladə dərəcədə təhlükəli növündən elmin və texnikanın yeni nailiyyətlərinə, kompyuter və informasiya texnologiyalarına, Radioelektronikaya, mühəndisliyə, immunologiyada (terror aksiyaları) istifadə edilir.
Kibercinayətkarlığın quruluşu və dinamikası.
Kibercinayətkarlıq təbiətinə görə trans(milli)sərhəd hadisədir. Ona görə də kibercinayətkarlığın və ya onun müxtəlif növə mənsubluğunu, kompyuter cinayətlərinin bir ölkədə vəziyyətini və yaxud, müəyyən qrup ölkələrdə təhlil edib oyrənməklə bu cinayətlərin həqiqi miqyasını və hadisələrin ölçüsünü tam təsəvvür etmək mümkün deyildir.
Kompyuter və telekommunikasiya şəbəkələrinin qloballığı və transsərhədliyi “cinayətkara” başqasının adından, ünvanındakı şifrəsindən istifadə etmək (identik manipulyasiya) imkanını verir. Elə bir şərait yaranır ki, cinayətkar bir kontinentdə, cinayət isə bilavasitə başqa bir məkanda baş verir, nəticə üzrə isə cinayət üçüncü yerdə başa çatır.
2001-ci ildən başlayaraq kibercinayətlərin vəziyyətinə dair məlumatları bəzi müəlliflər toplamağa başlamışlar. Ötən 25 il ərzində bu sahədə olan kriminoloq –ekspertlər belə qənaətə gəlmişlər ki, hazırda bu cinayətləri tamlığı ilə əks etdirən statistik məlumatlar yoxdur (statistika aparılmır) və real vəziyyət təhlil edilmir. Kibercinayətlər nəticəsində iqtisadi itkilərin hansı ölçüdə və həddə olması hələ ki, beynəlxalq aləmə tam məlum deyildir.
Bəzi məlumatlara görə dünya –bəşəriyyət il ərzində kibercinayətlərdən təxminən 750 mlrddan -1 trln dollara qədər itirir. Bu sahədə cinayətkarların da gəlirləri artır. 2004-cü ildən 2009-cü ilə qədər (5 il ərzində) kibercinayətlərdən əldə edilən gəlirin məbləği isə 10 dəfə artaraq 1 trln dollara çatmışdır.
Kibercinayətlərin əksər hissəsi rəsmi statistik çərçivədən və qeydiyyatdan kənarda qalır. İnamla və düşünmədən demək olar ki, rəsmi statistikada baş verən belə cinayətlərin 10%-i, bir az da artırsaq 20%-i yer alır. Təxminən 80% latent (qeydə alınmayan,gizlədilən)cinayətlər sırasına daxil olur.
Bir sıra qiymətləndirmə meyarlarına görə RF-da kibercinayətlərin latentliyi 90% -dən çox, ABŞ-da 80%, Böyük Britaniyada 85%-ə qədər, Almaniyada 75% təşkil edir.
Kibercinayətlərin strukturu müxtəlif ölkələrdə informasiya texnologiyalarının inkişaf dərəcəsindən, internet istifadəçilərinin çoxluğundan asılı olaraq nəzərə çarpacaq dərəcədə fərqlidir. Məsələn: ABŞ-da kibercinayətlərin quruluşu aşağıdakı kimidir: Elektron hesablardan pul oğurluqları 44%; proqram təminatının zədələnməsi 16%; məxfi məlumatların oğurluğu 12%; məlumatların saxtalaşdırılması 10%; və müəyyən faiz özgənin hesabına xidmətin sifarişi kimi növlər təşkil edir. (16)
Kibercinayətkarlıq problemi inkişaf etmiş ölkələr üçün müxtəlif nəticələr doğurur. Onun strukturu və dinamikası, eyni zamanda miqyası ayrı-ayrı ölkələrdə istifadəçilərin kibertəhlükəsizlik mədəniyyətindən, bu və ya digər ölkənin iqtisadiyyatının inkişaf dərəcəsindən və müxtəlif aspektlərindən asılı olur.
Bu kriminal biznesin miqyasını dərk etmək üçün bir misal gətirmək kifayətdir. Virtual (bu termin internetin inkişafı nəticəsində meydana gəlmişdir və elektron fəzada işləmək üçün ümumi marağa malik istifadəçilərin bir qrupda birləşməsidir. Kompyuterlər arasında məlumatları virtual tunnel vasitəsi ilə şifrələyərək ötürülən əlaqə vasitəsidir) dələduzlar ABŞ vətəndaşlarının şəbəkə vasitəsi ilə milyondan çox bank kartlarını ələ keçirərək, Amerikanın 49-dan çox şəhərlərində 130-bankomatları “boşaldıblar”. Bütün əməliyyat 30 dəqiqədən çox keçməmiş və 9 mln dolları müxtəlif dövlətlərdə hesaba köçürməyi bacarmışlar.
2011-ci ildən başlayaraq internet şəbəkəsindən istifadəçilərin və informasiya texnologiyalarının inkişafı ilə bağlı kibernetika məkanından cinayət törətmək məqsədi ilə istifadə edənlərin sayı da artmağa başlamışdır. Daha çox təhlükə sosial şəbəkələrdən istifadə edənlərin artımı ilə bağlıdır. Məsələn: My Space, Facebook və s. olduğu yerin müəyyən edilməsi üzrə xidmət, mobil telefonlar vasitəsi ilə internetə daxil olma bacarığı və s... (18)
Kibercinayətlərdə istifadəçilərin etibarından sui-istifadə etməklə, istifadəçilərə saytla hər hansı bir məlumatın təstiqi və yenidən göndərilməsini təmin etmək üçün dələduzlar uydurma ünvan göstərir və bir növ onu “tələyə”,tora- fişinqə salır.
Fişinq -ingilis və rus dillərində olan –fişinq tərcümədə “balıq ovu” deməkdir, qlobal şəbəkədə balıq ovunu xatırladan fırıldaqçılığın bir növü kimi qəbul edilir. Belə ki, fırıldaqçı (fişer) internetdə “tələ”(tor) quraraq, bu tələyə(tora) düşən internet istifadəçilərini aldatmaqla məşğul olur. Fişinq kiberdələduzluğun xüsusi növüdür. Dələduz bank saytı kimi görünən saxta veb-sayt yaradır. Sonra cinayətkarlar istifadəçiləri bu sayta aldadıb aparmağa cəhd edirlər ki, saytda onlar login, parol və ya PİN-kod kimi konfidensial məlumatları daxil etsinlər. Çox zaman dələduzlar bunun üçün həmin saytlara istinadən spamın köməyi ilə yararlanırırlar.
Spam –ingilis sözüdür. Kommersiya və sair reklamların kütləvi şəkildə və ya, kommersiya növlərinə aid şəxsi informasiyaların yayılmasıdır. Hazırda elektron məktubların göndərilməsində istifadə edilir.
Antivirus proqramları ilə məşğul olan istehsalçıların nəzərinə görə bütün elektron məktubların 87% SPAM adlanır. Bəzi aylarda bu rəqəm şkalada 95%-ə qədər qalxır. Bütövlükdə 2009-cu il ərzində Spama aid olan və göndərilən məlumatların sayı 40 trillionu ötmüşdür. Beləliklə yer kürəsinin hər bir sakininə orta hesabla 5 min elektron məktub düşür. (19)
Rf-da son vaxtlarda kompyuter cinayətlərinin sayı və oğurlanan məbləğin həcmi artmaqda davam edir. RF DİN-nin məlumatına görə rusiyalılar 2009-cu il ərzində 17.5 min kompyuter cinayətləri törətmişlər. Bu rəqəm 2008-ci illə müqayisədə çoxdur. Bu sahədə təkmil normativ hüquqi bazanın olmaması və cinayətlərin latentliyi vəziyyəti bir az da ağırlaşdırır. Cinayətkarların maliyyə göstəricilərinə nəzər salsaq 2010-cu ildə xakerlərin “bacarığı” nəticəsində 1.3 mlrd dollar mənimsənilmişdir. 2011-ci ildə isə xaker-vətəndaşların qazancları 3.7 mlrd dollara yaxın olmuş, 2013-cü ildə isə bu rəqəm iki dəfə artmışdır. (20)
Bu gün, praktik olaraq bütün tədqiqatçılar və mütəxəssislər kibercinayətkarlıqla bağlı şəraitin daha da pisləşməsini etiraf edirlər. Bir təhlükə də, kibernetikada olan cinayətkarlığın mütəşəkkil cinayətkarlıqla sıx bağlılığıdır. Tərəddüd etmədən ifadə etmək olar ki, internetin yaranması, informasiya texnologiyalarının və kompyuter şəbəkəsinin inkişafı nəticəsində qrup və mütəşəkkil dəstə tərəfindən törədilən cinayətlərin sayı dünyada artımla müşahidə edilir, “ənənəvi” cinayətlərin- dələduzluğun, oğurluğun və tələb etmənin törədilməsi də, bir növ sadələşir.
Bundan başqa, son illərdə kibercinayətkarlıqda peşəkarlığın izləri hiss olunur, kompyuterlərdə (və yaxud kompyuter vasitəsilə hücüm) kompleks xarakter alır. Açıq-aşkar cinayətkarların peşəkarlığı, hazırlığı, məharət və bacarıqları, dələduzluq və internet şəbəkəsindən istifadə etmək yolu ilə oğurluq, çirkli pulların yuyulması kölgə iqtisadiyyatının böyük sektoruna çevrilməsini təsdiq edir. Cinayətkarlar arasında “əmək bölgüsü” proqramların ticarəti üçün meydan açılır.(21)
Bir təhlükəli tendensiya da, mütəşəkkil cinayətkar qruplar tərəfindən pulların yuyulması üçün internet şəbəkələrindən istifadə edilməsidir. İnternet hesablarda saxtakarlıq üçün geniş və daha geniş imkan yaranır. Onlayn vasitəsi ilə pulların heç kimə bəlli olmadan, gizli yolla yerləşdirilməsi (guya leqal tədarük üçün yerləşdirilir) elektron hesablamaların inkişafı, habelə cinayətkar gəlirlərin hərəkət üsulunun gizlədilməsilə onlayn geniş zəmin yaradır.
Kibercinayətlərlə mübarizənin xüsusiyyətləri.
Yuxarıda qeyd etdiyim kimi kibercinayətlər mütəşəkkil cinayətkarlığın yeni, lakin çox təhlükəli növü olaraq transmilli xarakterə malikdir. Ona görə də, beynəlxalq aləmdə kompyuter cinayətkarlığı ilə mübarizə çətinləşir. BMT ekspertlərinin nəzərinə görə bu çətinlik üç səbəbdən irəli gəlir:
1. Elektron sahədə olan cinayətlərin istintaqı üçün xüsusi bilik və təcrübə tələb olunduğundan, peşəkar istintaqçıların azlığı;
2. İnternet istifadəçilərinə qarşı dövlət sərhəddindən kənarda müəyyən hərəkətlərin edilməsi üçün geniş imkanların olması; Hüquq Müahafizə Orqanlarının istintaq hərəkətləri isə mənsub olduqları dövlətin ərazi bütövlüyü daxilində məhdudlaşır;
3. Beynəlxalq kompyuter şəbəkəsinin açıq strukturu istifadəçilərə özlərinin məqsədlərinin həyata keçirilməsi üçün optimal, hüquqi məkanı seçmək imkanını verir. Yəni, istifadəçilər kibernetika saəsində qaydaların qadağan olunmadığı ölkələri özləri üçün rahat məkan kimi qəbul edir və sərbəst hərəkət edirlər. Belə “informasiya sığınacağı” onlara sərf edir və uzun zaman bəhrələnib məsuliyyətdən yayına bilirlər. (22)
Aparılan təhlillərdən məlum olur ki, kibernetika sahəsində cinayətlərin texnoloji, təşkilati və hüquqi xəbərdarlığına müxtəlif yanaşma halları töhfə verə bilər.
1. Texnoloji yanaşma –texniki xarakterli tədbirlərin keçirilməsi hesabına bu cinayətlərin qarşısının alınması üsulu;
2. İkinci yanaşma- müxtəlifliyi ilə diqqət çəkən mütəşəkkil tədbirlərin həyata keçirilməsi üsulu;.
3. Üçüncü yanaşma- hüquqi mexanizmin təkmilləşdirilməsinə söykənən üsuldur. Bu növ cinayətlərlə mübarizə üçün hüquqi bazanın yaxşılaşdırılması, prosesual mexanizmlərin möhkəmləndirilməsi və s. tövsiyyə edilir.
Kibercinayətkarlığa, informsiya texnologiyasında hüquqa zidd fəaliyyətə qarşı mübarizə üçün beynəlxalq əməkdaşlığın qurulmasını və ondan faydalanmsını zəruri edir. Bir dövlət səviyyəsində kibercinayətkarlıqla mübarizəni və bu fəaliyyəti nəzarətdə saxlamaq mümkün deyildir. Avropa şurasının 2001-ci ildə qəbul etdiyi konvensiya (2-10 maddələri) dövlətlərə bu cinayətlərə görə cinayət məsuliyyətinin müəyyən edilməsini tövsiyə edir.
Bu cinayətlərin subyekti hüquqi və fiziki şəxslər ola bilər. Fiziki şəxs hüquqi şəxsi təmsil etməklə onun marağına uyğun qərar qəbul edə, hərəkətlərə nəzarət edə bilər.
Konvensiyanın 2-ci bölməsi prosesual tədbirləri də özündə əks etdirir.
Problemin mürəkkəbliyi bir də onunla izah edilir ki, beynəlxalq aləmdə internet cinayətkarlığı ilə məşğul olan xüsusi bir orqanın gec təsis edilməsidir. Ümumdünya üzrə bu cinayətlərin yerini müəyyənləşdirən və məsuliyyəti sanksiyalaşdıran bir məcəllə, BMT-nin kibercinayətlərin kriminallığı sahəsində bütöv siyasəti tənzimləyən bir norma hələ ki, yoxdur.
Lakin, dünya üzrə bəzi dövlətlər bu qlobal təhlükəyə qarşı müəyyən addımlar atır. Məsələn: Rusiya BMT-yə bu sahə üzrə xüsusi bir konvensiyanın qəbulu üçün təşəbbüslə müraciət etmiş, dövlətlərin məsuliyyətini müəyyən edən məcəllənin vacibliyini tövsiyyə etmişdir. 2012-ci ildə BMT-nin Təhlükəsizlik Şurası və RF-nin Xarici İşlər Nazirliyi tərəfindən BMT-nin “Beynəlxalq informasiya təhlükəsizliyin təmin olunması haqqında” konvensiya layihəsi də hazirlanıb təqdim edilmişdır.
Həmin layihənin 5-ci maddəsində “Dövlətlər digər dövlətlərin təhlükəsizliyinə xələl gətirməməklə, bölünməz və hamılıqla tanınmış prinsipləri rəhbər tutaraq, öz təhlükəsizliklərini möhkəmləndirə bilməzlər”- imperativ xarakterli ifadə vardır.
Bir sözlə, konvensiya hər bir dövlətin kiberhücuma məruz qalacaq dövlətlərlə əməkdaşlıq etməyi tövsiyə edir.
Azərbaycan Respublikasının Konstitutsiyasının 32-ci maddəsi şəxsi toxunulmazlıq hüququnu təsbit edir. Bu hüquq insan fəaliyyətinə aid olan həyat tərzini əhatə edir. Yəni, dövlət, ictimai təşkilatalar, ayri-ayri vətəndaşlar insanların həyat fəaliyyətinə müdaxilə və nəzarət edə bilməzlər. İnsanın həyat tərzi, hətta düşüncələri, şəxsi qeydləri(Tərcümeyi halı), yazışmaları, telefon danışıqları, bank hesabları, kodlar, şifrələr və pin kodlar,övladlığa götürmə halları sirr olaraq onun şəxsi həyatının sirrinə aid edilir.
Maddənin məzmununa görə, sirrlər dedikdə, şəxsi, dövlət, bank(şifrələr,kodlar və PİN kodlar), qulluq, hərbi peşə növlərindən olan məlumatlar,heç kimə etibar olunmayan və şəxsi xarakter daşıyan sirrlər başa düşülməldir.
Konstitutsiyamızın 50-ci maddəsi isə məlumat azadlığını ehtiva edir. Yəni hər kəsin istədiyi məlumatı qanuni yola axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Lakin,məlumat azadlığı məluamtın axtarılmasının, əldəı edilməsinin, istifadə olunmasının, yayılmasının və qorunmasının qanuniliyini önə çəkir. Hər kəsin şəxsi və ailə həyatı sirr olaraq saxlanılmalı və qorunmalıdır.
Maddənin Konstitutsiyon əsası onunla bağlıdır ki, dövlət, peşə, vəkil, notariat, həkim, qulluq, bank, kommerisya, ikstintaq və məhkəmə məlumatları alınması və yayılması məhdudlaşdırılan məlumatlara daxil edildiyindən məsuliyyətə səbəb olur.(bax:AR CM-nin 155,175 və 300-cü maddələri)
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturu”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. 2023-cü il 2 iyun tarixində isə Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb.
İdarənin yaradılması kibercinayətkarlıqla mübarizə sahəsində həyata keçirilən tədbirlərin Azərbaycan xalqı tərəfindən müsbət qarşılandığını və bu istiqamətdə profilaktik və xəbərdarlıq xarakterli fəaliyyətlərin davam etdirildiyini göstərir.
Azərbaycan Respublikasının 2008-ci ildə qüvvədə olan CM-də xüsusi hissənin XXX fəsli kompyuter informasiyası sahəsində cinayətlər adlanırdı. CM-nin XXX fəslin ilk 271-ci maddəsi “Kompyuter informasiyasına qanunsuz daxil olma”- kimi adlanaraq, sonrakı maddələr, 272-ci maddə -elektron hesablayıcı (EHM) maşınlar üçün ziyanverici proqramlar yaratma, onlardan istifadə etmə və ya onları yayma” ; 273-cü maddə Elektron hesablayıcı maşınların EHM-sisteminin və ya onların şəbəkələrinin istismarı qaydalarını pozma ilə başa çatır. Lakin, 2016-cı ildə əlavə və dəyişikliklərlə nəşr olunan yeni CM-nin XXX fəsli “Kibercinayətlər”-lə və CM-nin 271-ci maddəsi “Kompyuter sisteminə qanunsuz daxil olma” ilə başlayır. Sonrakı maddələri yeni adla; 272-ci maddə kompyuter məlumatlarını qanunsuz ələ keçirmə; 273-cü maddə kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə; 273-1 kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi; 273.2-ci maddə “Kompyuter məlumatlarının saxtalaşdırılması” redaksiyasında verilir. Beləliklə keçmiş CM-də üç maddə -2016-cı ilin cinayət məcəlləsində isə beş maddə qərar tutub. CM-də kibercinayətlərlə yalnız bir -273-2 maddə yer almışdır.
23-noyabr 2001-ci ildə AŞ Budapeştdə kibercinayətkarlıq barədə konvensiya qəbul edilmişdir. Konvensiyada dövlətlərin bu cinayətlərlə mübarizənin cəhətləri əksini tapmışdır. Konvensiyanı AŞ-nın üzvü olmayan dövlətlər də imzalaya bilər. Konvensiyanın bəzi maddələrini nəzərdən keçirək:
• II yarımfəslin 8-ci maddəsi –kompyuter texnologiyalarından istifadə yolu ilə dələduzluq. Hər bir dövlət bunun üçün qanuni tədbirlər görməlidir:
• Kompyuter sisteminin funksiyasına istənilən müdaxilə;
• Kompyuter məlumatlarını bloklama və ya silmə, dəyişmə, IV yarımfəslin 10-cu maddəsi –Qarşılıqlı hüququn və müəlliflik hüququnun pozulması ilə bağlı hüquqpozmalar qeyd edilmişdir.
Belə qənaətə gəlmək olar ki, kibercinayətkarlıq, terrorçuluq, ekstremizm , dini radikalizm,İnsan alveri və digər Tranasmilli Mütəşəkkil cinzyətkarlığı xüsusilə ağır növləri XXI əsrin arzuolunmaz sosial hadisələridir. Beynəlxalq güc konsolidasiya olunmazsa bəşəriyyət üçün ağlasığmaz hadisələr baş verə bilər.
İstifadə etdiyim ədəbiyyatların siyahısı:
Azərbaycan Respublikasının 1995-cil 12 noyabrda ümumxalq səsverməsində qəbul edilən və 27 noyabrda qüvvəyə minən Konstitusiyası.
1. S.VBondarenko “Virtualnıe setevıe soobşestva deviantnoqo povedeniya. (s.256)
2. Osipenko A.L.Setevaye kompyuternaya prestupnost omsk, 2009. (s. 109-110)
3. Oxford English Dictionary
4. Cambridge Advanced Learner’s Dictionary
5. Kaşlev Y.B Stanovlenie qlobalnoqo informatsionnoqo obşestva i mesto Rossii. M.2002 (s. 18-20)
6. Prestuplenie svyazannıe s ispolzovaniyem kompyuternoy seti (Desyatıy konqres oon po preduprejdeniya prestupnosti)
7. Sefilov A. Nekotorıe problem borbı s kiberprestupnostyu I kiberterrorizmom. m. 2002 (s. 187)
8. Tronina T.L Kiberprestupnost. Vladivostok. 2009
9. Y.M.Baturin kompyuternaya prestupnost I kompyuternaya bezopasnost m 1991, (s.11)
10. Za 2010 qod Russkiye xakeri zarabatıvali okolo 2.5 mlrd 8 data peçati 31.09.2011 qod. www.cnews. Ru
11. N.Viner “Kibernetika i obşestvo” Moskva 1958 q. str 30
12. Osnovı Kibernetiki pod redak. K.A.Pulkova Moskva 1976 q. str. 50
13. ASE (Azərbaycan Sovet Ensiklopediyası) V cild Bakı 1981 səh. 362
14. Sefilov A. Nekotorıe problem borbı s kiberprestupnostyu i kiberterrorizmom. m. 2002 (s. 187)
15. Y.M.Baturin kompyuternaya prestupnost i kompyuternaya bezopasnost m 1991,
16. N.Viner “Kibernetika I obşestvo” Moskva 1958 q.
17. Tronina T.L Kiberprestupnost. Vladivostok. 2009
18. Sefilov A. Nekotorıe problem borbı s kiberprestupnostyu i kiberterrorizmom. m. 2002
19. Y.M.Baturin kompyuternaya prestupnost i kompyuternaya bezopasnost m 1991,
20. N.Viner “Kibernetika I obşestvo” Moskva 1958 q.
21. Tronina T.L Kiberprestupnost. Vladivostok. 2009