Bizi sosial şəbəkələrdən izləyin:
Maliyyə Monitorinqi Xidmətinin işçilərinin sayı artırılıb.
Moderator.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanının 3-cü hissəsində “55” rəqəmləri “65” rəqəmləri ilə əvəz edilməlidir. Beləliklə, Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi 55 -dən 65-ə qaldırılıb.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.